Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır

Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
DÜNYA
06:36 02.11.2026
140
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır, həmin ölkələr də Vaşinqton barəsində eyni fəaliyyəti həyata keçirirlər.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkiləri ərəfəsində Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tramp bunun narahatlıq doğuracaq məsələ olmadığını vurğulayıb.

"Biri mənə dedi: ‘Cənab, Çin bizi casusluq yolu ilə izləyir". Mən cavab verdim: ‘Bəli, biz də onları izləyirik. Narahat olmayın". O dedi: ‘Bu, dəhşətlidir, cənab. Çin və Rusiya bizi izləyir". Mən isə bildirdim: ‘Bu, doğrudur, biz də onlara qarşı eyni şeyi edirik. Üstəlik, biz bunu daha yaxşı bacarırıq. Ona görə də narahat olmayın"", - Tramp bildirib.

ABŞ Prezidenti hansı konkret kəşfiyyat məlumatlarının toplanmasından danışdığını açıqlamayıb. O, bu mövzunu kiminlə və nə vaxt müzakirə etdiyini də dəqiqləşdirməyib.
OXŞAR XƏBƏRLƏR