ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb
DÜNYA
22:00 09.02.2018
1400

ABŞ prezidenti Donald Tramp 2011-ci ildə Liviyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir. 

"Liviyadakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə təhlükə kəsb edir", məlumatda vurğulanıb

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR