ABŞ məhkəməsi “Facebook” vasitəsilə boşanmağa icazə verdi

DÜNYA
16:05 09.04.2015
1570
Məhkəmə Nyu-York sakini Ellanora Baydonun (Ellanora Baidoo) boşanma barədə sənədləri öz həyat yoldaşına “Facebook” vasitəsilə göndərməsinə icazə verib.
İKT.lent.az-ın “New York Daily News”a istinadən xəbərinə görə, qadın bildirib ki, həyat yoldaşı Viktor Sena Blad-Dzraku (Victor Sena Blood-Dzraku) onunla görüşmək istəmir və daimi ünvanı, iş yeri yoxdur. Onunla yalnız telefon və sosial şəbəkə vasitəsilə əlaqə saxlamaq mümkün olur.
Tərəflər 2009-cu ildə ailə qursalar da, heç vaxt birlikdə yaşamayıblar. Fikir ayrılığı ona görə yaranıb ki, kişi nikahın qeydiyyatı ilə yanaşı, onların vətəni olan 
Qananın adətlərinə uyğun mərasim təşkil etməyə razılaşmayıb. V.S.Blad-Dazraku boşanma barədə sənədləri qəbul etmək üçün həyat yoldaşı ilə görüşməkdən imtina edib. Ona görə də məhkəmə sənədlərin sosial şəbəkə vasitəsilə ona göndərilməsinə icazə verib.
OXŞAR XƏBƏRLƏR