ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmənin çıxardığı müvəqqəti qərar hökumətə Harvard Universitetini xarici tələbələri qəbul etmək hüququ verən sertifikasiyadan məhrum etməyə imkan vermir.
Qeyd edək ki, mayın 22-də "The New York Times" qəzeti Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmək icazəsini dayandırdığını yazmışdı.
/APA