ABŞ mətbuatı: İran HƏMAS-ın arxasındadır

ABŞ mətbuatı: İran HƏMAS-ın arxasındadır
DÜNYA
11:12 09.10.2023
158
Dünya HƏMAS və digər Fələstin təşkilatlarının İsrailə hücumundan təəccüblənib və hazırda Əqsa tufanı əməliyyatının necə həyata keçirildiyi ilə bağlı müzakirələr davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatı İranın hücumda mühüm rol oynadığını və münaqişənin Yaxın Şərqi mühasirəyə alacaq müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqların artdığını yazıb.

ABŞ-nın aparıcı nəşrlərindən biri olan Wall Street Journal 1973-cü ildə Yom Kippur müharibəsindən sonra Həmas-ın İsrailə qarşı ən əhatəli hücumunun arxasında İranın olduğunu yazıb. 

HƏMAS və Livandakı Hizbullah təşkilatından olan mənbələr bildiriblər ki, İran İnqilabı Keşikçiləri Korpusunun Beyrutda keçirilən toplantısında qəfil hücuma yekun razılıq verib.

İnqilab Keşikçiləri Qvardiyası rəsmilərinin avqust ayından HƏMAS ilə birlikdə hücumu planlaşdırdığı, İsrail ərazisinə qurudan, havadan və dənizdən sızma planlarının ətraflı şəkildə müzakirə edildiyi bildirilib.

Suriya hökumətinə məsləhət verən bir avropalı rəsmi bəyan edib ki, İran komandirləri Əqsa tufanı əməliyyatını Həmas və Hizbullahla birlikdə idarə ediblər. Mənbələrə görə, Tehran Qəzza və İordan çayının qərb sahilində, eləcə də şimalda Livan sərhədində İsrailə hücum etmək üçün Hizbullahla hərtərəfli müharibə planlaşdırır.

"The Wall Street Journal” İranın münaqişəyə birbaşa müdaxiləsinin Yaxın Şərqdə daha böyük müharibəyə səbəb ola biləcəyini şərh edib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR