ABŞ mətbuatı: “Putinlə müttəfiqləri arasında fikir ayrılığı var”

ABŞ mətbuatı: “Putinlə müttəfiqləri arasında fikir ayrılığı var”
DÜNYA
14:00 21.11.2022
188

"Putinlə müttəfiqləri arasında fikir ayrılığı var”

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın aparıcı media orqanlarından biri olan "Newsweek” Rusiya kəşfiyyat idarəsi FSB-nin Moskvada mümkün gərginliyə hazırlaşdığını yazıb.

Adının çəkilməsini istəməyən mənbə "Newsweek”ə bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə onun müttəfiqləri, muzdlu "Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin və Çeçenistan lideri Ramzan Kadırov arasında gərginlik artıb. Onun sözlərinə görə Putinlə müttəfiqləri arasında fikir ayrılığı var.

FSB daxilində yazışmaları əldə edən "Newsweek” Kreml daxilində fikir ayrılıqlarının olduğunu, Priqojin və Kadırovun Putin üçün siyasi təhlükə olaraq görüldüyünü bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR