Tramp İrana hərbi hücum variantını nəzərdən keçirə bilər - ABŞ mətbuatı

DÜNYA
13:01 13.12.2024
124
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəsmi Tehranın nüvə proqramına nəzarət etmək üçün yetərli olmaya biləcəyini və buraya hərbi hücum variantını düşündüyü açıqlanıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "Wall Street Journal” qəzeti xəbər yayıb.
 
Trampın komandası hərbi güclə birlikdə güclü iqtisadi sanksiyalar tətbiq edərək İranı çəkindirmək və nüvə proqramını çökdürmək üçün maksimum təzyiq 2.0 strategiyasını həyata keçirməyi düşünür. 

Həmçinin qeyd olunub ki, Trampın ilk prezidentlik dövründə İrana qarşı hərbi güc tətbiq etməkdən yayındığı, bölgədə baş verən dramatik dəyişikliklər, xüsusilə də İsrailin son aylarda İranın vəkil etdiyi Hizbullaha ciddi ziyan vurması nəticəsində bu münasibəti dəyişib.
 
O da vurğulanıb ki, ABŞ əvvəlcə İrana qarşı bölgəyə daha çox qüvvə, gəmi və döyüş təyyarəsi göndərə bilər, həmçinin "bunkerdeşən” bombalar satmaqla İsrailin hücum imkanlarını gücləndirə bilər.
 
Gülay

OXŞAR XƏBƏRLƏR