Pentaqon sözçüsü: “Belə sınaqlar rutindir və təəccüblü deyil”

Pentaqon sözçüsü: “Belə sınaqlar rutindir və təəccüblü deyil”
DÜNYA
12:18 21.04.2022
355
Amerika Birləşmiş Ştatları rəsmiləri Rusiyanın qitələrarası ballistik raket sınağı ilə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iki ABŞ rəsmisi mətbuata verdiyi açıqlamada Rusiyanın qitələrarası ballistik raket sınağının əvvəlcədən planlaşdırıldığını və beynəlxalq razılaşmalara uyğun olaraq raket sınağı ilə bağlı ABŞ-ın məlumatlandırıldığını bildirib. Həm Rusiya, həm də ABŞ mövcud beynəlxalq müqavilə çərçivəsində hər hansı insidentdən qaçmaq üçün digər ölkələri sınaqlardan xəbərdar edib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi jurnalistlərə açıqlama verib. "Belə sınaqlar rutindir və təəccüblü deyil” açıqlamasını verərək sözügedən raket sınağını ABŞ və müttəfiqləri üçün təhlükə olaraq görmədiyini bildirib. Kirbi bildirib ki, ABŞ Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya qarşı qanunsuz və əsassız təcavüzünə diqqət yetirməyə davam edir.

Rusiya Müdafiə Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin əmri ilə Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından "Sarmat” qitələrarası ballistik raketinin ilk buraxılış sınağını həyata keçirdiyini və raketin hədəfi uğurla vurduğunu açıqlayıb. 

Qeyd edək ki, "Sarmat"ın 1988-ci ildə inkişaf etdirilən Rusiyanın "Voyevoda" ballistik raketini əvəz edəcəyi və raketin şimal və cənub qütb hədəflərini keçə biləcəyi , 11 ilə 18 min kilometr məsafə qət edə bildiyi bildirilir.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR