ABŞ: Rusiya müharibəni dayandırsın və qoşunlarını Ukraynadan çıxarsın

ABŞ: Rusiya müharibəni dayandırsın və qoşunlarını Ukraynadan çıxarsın
DÜNYA
11:49 04.03.2022
672
Martın 3-ü Belarusda Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi başa çatıb.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Kristofer Robinson bildirib ki, ABŞ danışıqların Rusiyanın hərbi əməliyyatının dərhal dayandırılmasına və qoşunlarının Ukraynadan çıxarılmasına gətirib çıxaracağına ümid edir.

"Mən başa düşürəm ki, Rusiya ilə Ukrayna Federasiyası arasında danışıqlar bu gün başa çatıb. Ümid edirik ki, bu, sonda Rusiyanın işğalını dərhal dayandırması və qoşunlarını Ukraynadan çıxarması ilə nəticələnəcək", - deyə müavin bildirib.

Qeyd edək ki, danışıqların üçüncü mərhələsinin tezliklə baş tutacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR