ABŞ-nin dəniz piyadası Yaponiyada qətldə şübhəli bilinərək saxlanılıb

ABŞ-nin dəniz piyadası Yaponiyada qətldə şübhəli bilinərək saxlanılıb
DÜNYA
08:12 04.10.2026
142
ABŞ-nin Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusu Yaponiyanın Okinava prefekturasında 39 yaşlı qadının qətlində və soyğunçuluqda şübhəli bilinərək saxlanılıb.

NHK xəbər verir ki, 20 yaşlı şübhəli Amerikanın Futemma aviabazasında xidmət edir.

Qadının meyiti hotel otağında tapılıb. Polis təhlükəsizlik kameralarının qeydlərini araşdırdıqdan sonra onun şübhəli ilə birlikdə otağa girdiyini müəyyən edib. Bir müddət sonra hərbi qulluqçu oradan tək çıxıb.

İstintaqın məlumatına görə, qadının ölümündən sonra onun bəzi şəxsi əşyaları da yoxa çıxıb.

Polis hadisənin səbəblərini araşdırır.
 
///report///
OXŞAR XƏBƏRLƏR