İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"İyulun 8 və 9-da ABŞ tərəfindən ölkənin altı şəhərinə endirilən aviazərbələr nəticəsində 115 nəfər yaralanıb. Əfsuslar olsun ki, 17 vətəndaşımız həlak olub", - deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Kermanpur 14 nəfərin öldüyü və 78 nəfərin yaralandığı barədə məlumat vermişdi.











































