ABŞ-nin İsraildəki səfirliyi bağlandı

ABŞ-nin İsraildəki səfirliyi bağlandı
DÜNYA
09:55 18.06.2025
267
Amerikanın İsraildəki səfirliyi  və onun bütün filialları iyunun 20-dək bağlı olacaq.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat verilib.

Bəyanatda aydınlıq gətirilib ki, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri hələlik İsraildə, sığınacaqlarda qalacaqlar. 

Səfirlik qeyd edib ki, qərar təhlükəsizlik vəziyyəti və İsrail ilə İran arasında davam edən hərbi əməliyyatlar səbəbindən verilib.
OXŞAR XƏBƏRLƏR