ABŞ-nin miqrasiya siyasətindən sonra miqrantlar Meksikada çətin vəziyyətdə qaldılar

ABŞ-nin miqrasiya siyasətindən sonra miqrantlar Meksikada çətin vəziyyətdə qaldılar
DÜNYA
11:48 04.07.2025
207
ABŞ-nin miqrasiya siyasətini sərtləşdirməsi və sığınacaq proqramlarını dayandırmasının ardından Venesuela, Honduras və Salvador kimi ölkələrdən gələn yüzlərlə miqrant Meksikanın paytaxtı Mexikoda çıxılmaz vəziyyətə düşüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox miqrant müvəqqəti düşərgələrin bağlanmasına baxmayaraq, şəhərdə qalan az sayda düşərgələrdə həyatlarını davam etdirməyə çalışır.

Mexikoda yerləşən "Casa Tochan” adlı sığınacaq mərkəzi isə bu çətin şəraitdə miqrantlara dəstək göstərməyə davam edir. Mərkəz, miqrantlara tibbi, hüquqi və psixoloji yardım göstərməklə yanaşı, iş imkanları və mədəni proqramlar da təqdim edir.

Miqrantlar, qeyri-müəyyənliyə baxmayaraq, həyatlarını davam etdirməyə çalışırlar. Bəzi miqrantlar işləyir, idmanla məşğul olur və uşaqlarını yerli məktəblərə göndərirlər. Onlar həm fiziki, həm də psixoloji baxımdan yaşadıqları çətinliklərə baxmayaraq, yeni həyata uyğunlaşmağa çalışırlar.
 
Oksana
OXŞAR XƏBƏRLƏR