ABŞ Müdafiə Naziri Lloyd Ostin xəstəxanaya yerləşdirildiyi barədə məlumat vermədiyinə görə bütün məsuliyyəti öz üzərinə götürüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib ki, yanvar ayında xəstəxanaya yerləşdirildiyi barədə ABŞ Prezidenti Co Bayden və digər rəsmilərə məlumat vermədiyinə görə tam məsuliyyət daşıyır.
O, ictimai müzakirələrə səbəb olan xəstəxanaya yerləşdirmə prosesi ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ifadə verib.
Xəstəxanada qaldığı müddətdə Müdafiə Nazirliyinin fəaliyyətində heç bir dayanma olmadığını iddia edən Ostin bu məsələni səlahiyyətlilərə bildirmədiyi üçün tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Ayşən