ABŞ-nin müdafiə naziri xəstəxanadan buraxıldı

ABŞ-nin müdafiə naziri xəstəxanadan buraxıldı
DÜNYA
15:16 14.02.2024
110
ABŞ-ın müdafiə naziri Loyd Ostin sidik kisəsi müalicə aldığı xəstəxanadan buraxılıb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən açıqlamada deyilib.
 
Açıqlamada Ostinin sağalmağa və işləməyə davam etdiyi ifadə edilərək, "Müdafiə nazirinin müavini, Baş Qərargah rəisi, Ağ Ev və Konqresə məlumat verildi" deyilir.
 
Ostinin həkimlərinin məsləhəti ilə Pentaqona qayıtmazdan əvvəl bir müddət evdən işləyəcəyi vurğulanıb.

Nazir Ostin 2023-cü ilin dekabrında prostat xərçəngi əməliyyatından sonra sidik kisəsi probleminə görə fevralın 11-də Walter Reed Milli Hərbi Tibb Mərkəzində müalicə olunub. 

Qeyd edək ki, dekabr ayında prostat xərçəngi diaqnozu qoyulan və dekabrın 22-də əməliyyat olunan Ostin müxtəlif fəsadlar səbəbiylə yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR