ABŞ-nin Pensilvaniya ştatında ötən gecə baş verən qatar qəzasında 3 nəfər həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Bristol Borough Polis İdarəsindən açıqlama verilib.
Açıqlamaya görə, Filadelfiya istiqamətində hərəkət edən "Amtrak Acela" qatarı naməlum səbəbdən relsdə üç nəfəri vurub. Qəzadan sonra Filadelfiya ilə Nyu York arasında Amtrak əlaqəsi dayandırılıb.
Rəsmilər hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.
Oksana