ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama

ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
SİYASƏT
15:33 13.03.2026
471
İranla müharibə başlayandan sonra ABŞ ordusu illər ərzində topladığı əsas sursat ehtiyatlarının böyük hissəsini, o cümlədən bahalı "Tomahawk” raketlərini istifadə edib. Bu barədə "Financial Times” məlumat yayıb. Məlumata görə, sursat ehtiyatlarının sürətlə azalması ordunun silah anbarlarının vəziyyəti və bu ehtiyatların yenidən bərpa olunmasının mümkünlüyü ilə bağlı narahatlıq yaradıb. Bildirilir ki, Pentagon ehtiyatları yeniləmək üçün 50 milyard dollara qədər əlavə vəsait istəməyi planlaşdırır və bu məsələ Konqres daxilində ciddi siyasi müzakirələrə səbəb ola bilər.

Hərbi-ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Amerikanın İrana qarşı istifadə etdiyi sursatların çeşidi yalnız "Tomahawk” raketləri ilə məhdudlaşmır:

"Ukrayna-Rusiya müharibəsi və İranla gərginlik fonunda ABŞ-nin sursat ehtiyatlarında müəyyən azalmalar müşahidə olunur. Lakin bu, ABŞ-nin sursatlarının tükəndiyi anlamına gəlmir. Amerikanın İrana qarşı istifadə etdiyi sursatların çeşidi yalnız "Tomahawk” raketləri ilə məhdudlaşmır. ABŞ "Tomahawk” raketlərindən bir çox müharibələrdə istifadə edib və bu silahların ehtiyatları heç vaxt tükənməyib. Buna Yaxın Şərqdə baş vermiş müxtəlif münaqişə və müharibələri nümunə göstərmək olar. Bir sıra savaşların taleyində "Tomahawk” raketləri mühüm rol oynayıb”.

O qeyd edib ki, vəsaitlə bağlı Konqresdən müsbət qərarın qəbul ediləcəyi gözləniləndir:

"Elan olunan 50 milyard dollarlıq vəsait isə ABŞ ordusunun əsasən bu müharibə zamanı istifadə etdiyi sursat ehtiyatlarının bərpası üçün nəzərdə tutulur. Hər halda, bu məbləğ ABŞ üçün kritik hesab olunmur və belə bir vəsaitin ayrılması ilə bağlı Konqresdə müsbət qərarın qəbul ediləcəyi gözləniləndir”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR