ABŞ-nin strateji əhəmiyyətli hərbi bazasında gərginlik: Şlaqbaumu sındıran sürücü güllələndi

ABŞ-nin strateji əhəmiyyətli hərbi bazasında gərginlik: Şlaqbaumu sındıran sürücü güllələndi
DÜNYA
11:40 02.08.2025
440
ABŞ-nin Arizona ştatında ciddi təhlükəsizlik insidenti baş verib və ölümcül silahın tətbiqi ilə nəticələnib. Hərbçilər strateji əhəmiyyətli Devis-Monten Hərbi Hava Bazasına icazəsiz daxil olmağa cəhd edən avtomobil sürücüsünə atəş açmağa məcbur olublar.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri nümayəndələri bəyan ediblər.

Rəsmi açıqlamaya görə, hadisə çox sürətlə inkişaf edib.

"Mülki şəxs əsas qapıda nəzarət-buraxılış məntəqəsində dayanmayıb və məcburi identifikasiyadan keçməyib. Onun sükan arxasındakı davranışı xaotik olub - avtomobili şlaqbauma çırpıb, sonra geriyə manevr etməyə cəhd göstərib. Bu anda təhlükəsizlik xidməti əməkdaşı, protokola uyğun olaraq, silah tətbiq edib və şübhəlini güllələyib", - deyə məlumatda izah edilib.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. Qanun pozucusunun şəxsiyyəti və hərəkətlərinin motivləri hələlik açıqlanmır.
OXŞAR XƏBƏRLƏR