ABŞ-nin vitse-prezidentliyə namizədləri debata çıxdılar

DÜNYA
12:11 02.10.2024
178
ABŞ-nin vitse-prezidentliyə namizədləri Tim Valz və JD Vance qarşı-qarşıya gətirən canlı yayımda Yaxın Şərqdə artan gərginlikdən tutmuş iqtisadiyyata qədər bir çox mövzunu müzakirə edilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki namizədin 90 dəqiqəlik veriliş boyu qızğın mübahisəyə girmədən öz əks fikirlərini bildirməsi diqqət çəkib.

Debatda Yaxın Şərqdəki son vəziyyət və İranın İsrailə son hücumu ilə başlayan proqramda Helene qasırğası ilə bağlı son vəziyyət, qeyri-qanuni mühacir problemi, iqlim dəyişiklikləri, iqtisadi vəziyyət və inflyasiya, silahlanma, demokratiya kimi bir çox əsas mövzular yer alıb. 

Proqramın əvvəlində Yaxın Şərqdə artan gərginliklə bağlı müzakirələrdə hər iki şəxs rəqiblərinin İranı gücləndirdiyini iddia ediblər.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR