ABŞ Nümayəndələr Palatasının sədri Tayvana səfərə hazırlaşır

ABŞ Nümayəndələr Palatasının sədri Tayvana səfərə hazırlaşır
DÜNYA
20:56 23.01.2023
223
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri Nümayəndələr Palatasının spikeri Kevin Makkarti üçün 2023-cü ildə baş tuta biləcək Tayvana səfər daxil olmaqla, səfər planı hazırlayırlar.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Punchbowl News” nəşri məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden administrasiyasının nümayəndələri K.Makkartinin yazda Tayvana səfər edəcəyini gözləyir.

Nəşrdə qeyd olunub ki, Pentaqon bu səfəri planlaşdırarkən təhlükəsizlik logistikasını və Çinin mümkün reaksiyasını nəzərə almalı olacaq.

Xatırladaq ki, K.Makkarti spiker seçilməmişdən əvvəl Tayvana səfər etməyi planlaşdırdığını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR