ABŞ polisi kömək istəyən uşağı güllələyib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, polis 911-ə zəng edərək kömək istəyən uşağı tapança ilə atəş açaraq ağır yaralayıb.
ABŞ-ın Missisipi ştatının Indianola şəhərindəki evlərində mübahisə etdikdən sonra anasının tələbi ilə 911 təcili yardım xəttinə zəng edən 11 yaşlı Aderrien Murry ölüm ayağından geri dönüb. ABŞ polisi güllələdiyi şəxsin uşaq olduğunu bilmədiyini söyləyib. Vəkil 11 yaşlı uşağı güllələyən polislə bağlı şəffaf istintaq aparılmasını istəyib:
"Heç bir uşaq xidmət etməyə and içənlər tərəfindən belə zorakılığa məruz qalmamalıdır. Biz bu uşaq və onun ailəsi üçün ədalət tələb etməliyik. Bu cür mənasız faciənin növbəti dəfə baş verməsinə icazə verə bilmərik”.
Şəbnəm Zahir