ABŞ Prezidenti İngiltərə ilə ticarət sazişini təxirə salıb

ABŞ Prezidenti İngiltərə ilə ticarət sazişini təxirə salıb
DÜNYA
18:35 18.12.2023
150
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya ilə ticarət sazişi bağlamaq planlarını təxirə salıb.

Bu barədə "Politico" qəzeti məlumat yayıb.

Bildirilib ki, bu qərara səbəb ABŞ Senatının sazişin xüsusiyyətləri ilə bağlı etirazları olub. Mənbələr razılaşmanın çoxsaylı fikir ayrılıqları səbəbindən baş tuta bilməyəcəyini istisna etməyib.

Nəşr qeyd edib ki,11 bənddən ibarət olan və ABŞ Ticarət Nümayəndəliyinin ofisi tərəfindən hazırlanan saziş layihəsində onun bağlanması üzrə danışıqların 2023-cü ilin sonuna qədər başlayacağı göstərilib.
 
///report
OXŞAR XƏBƏRLƏR