ABŞ Qəzza üçün İsrailə vaxt verdi

ABŞ Qəzza üçün İsrailə vaxt verdi
DÜNYA
11:30 15.12.2023
209
ABŞ Qəzzaya hücumlarını azaltmaq üçün İsrailə təzyiqlərini artırır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzaya qarşı hücumlarında həyatını itirən fələstinlilərin sayı 19 minə yaxınlaşarkən, ABŞ böyük dəstək verdiyi İsrailə qarşı təzyiqlərini artırıb.

ABŞ Prezidenti Co Bayden həftənin əvvəlində verdiyi açıqlamada, İsrailin "Qəzzanı ayrıseçkilik etmədən bombalaması" səbəbindən dünya dəstəyini itirməyə başladığını bildirib və Benyamin Netanyahu hökumətinə sərt xəbərdarlıq edib. 

Netanyahu hökumətini "İsrail tarixinin ən mühafizəkar hökuməti" olaraq xarakterizə edən Bayden İsrail-Fələstin probleminin uzunmüddətli həlli üçün Netanyahunun hökumətini dəyişməli və gücləndirməli olduğunu qeyd edib.

İsrailin xarici işlər naziri Eli Koen Baydenə cavab verib və beynəlxalq dəstək olmasa belə HƏMAS-a qarşı müharibəni davam etdirəcəklərini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR