ABŞ: Qəzzada atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözləyirik

ABŞ: Qəzzada atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözləyirik
DÜNYA
12:33 05.06.2024
98
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ABŞ prezidenti Co Baydenin Qəzza zolağında elan etdiyi atəşkəs təklifi ilə bağlı HƏMAS-dan cavab gözlədiklərini bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sullivan mətbuat konfransında o, İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi ilə bağlı açıqlama verib: "İndi biz HƏMAS-ın cavabını gözləyirik".
 
Sullivan, HƏMAS ilə razılaşma təklifini müzakirə edən Qətər vasitəçiləri ilə də əlaqə saxladıqlarını söyləyib. Sallivan bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns də Qətərə səfər edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR