ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır

ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
DÜNYA
19:37 28.07.2025
186
ABŞ Qəzzada "sərhədsiz" ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirmək niyyətindədir.

Bu barədə ABŞ lideri Donald Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bildirib.

"Biz ərzaq mərkəzləri yaradacağıq, bunu çox yaxşı insanlarla birlikdə edəcəyik və vəsait ayıracağıq", - o qeyd edib.

Trampın sözlərinə görə, digər ölkələr, o cümlədən Böyük Britaniya bu təşəbbüsə qoşulacaq.

Ağ Ev rəhbəri vurğulayıb ki, ərzaq mərkəzləri hamı üçün əlçatan olacaq.

"Məqsəd ondan ibarətdir ki, insanlar bu mərkəzlərə sərhədsiz daxil ola bilsinlər. Bizim hasarımız olmayacaq", - o deyib.
 
///report
OXŞAR XƏBƏRLƏR