ABŞ Prezidenti Donald Trampın administrasiyası Fələstinin HƏMAS hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının mümkünlüyü ilə bağlı ictimaiyyətə açıqlanmayan birbaşa danışıqlar aparır.
Bu barədə "Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın girovluq məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beler və HƏMAS nümayəndələri arasında görüşlər Dohada baş tutub.