ABŞ Dövlət Departamenti Qəzzaya humanitar yardımın onların istədikləri səviyyədə olmadığını və daha çox humanitar yardımın göndərilməsini istədiklərini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Qəzza ilə bağlı sualları cavablandırıb.
Miller ABŞ-nin Qəzzaya humanitar yardımla çatmaq üçün bütün imkanları nəzərdən keçirdiyini deyib:
"Biz humanitar yardımın Qəzzaya çatdığını görürük, lakin istədiyimiz qədər deyil. Biz daha çox humanitar yardım göndərilməsini istəyirik. Ona görə də biz İsraillə daim əlaqə saxlayırıq”.
Gülay