“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
İQTİSADİYYAT
11:17 19.03.2026
742

Qırmızı Ürəklər Fondu 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə "Hər şey mümkündür” layihəsi çərçivəsində xüsusi təşəbbüs həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində "Kaşalata” kafedə daun sindromlu şəxslərin və tanınmış blogerlərin iştirakı ilə keramika üzərində rəsm sənəti üzrə master-klass təşkil olunub.

Tədbir Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladovun açılış nitqi ilə başlayıb. O, çıxışında inklüziv cəmiyyətin qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, fondun əsas məqsədlərindən biri də cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir. O, həmçinin bildirib ki, fərqliliklər insanları ayıran deyil, əksinə, cəmiyyəti daha zəngin və daha güclü edən dəyərlərdir.

Daha sonra iştirakçılar keramika üzərində rəsm işləmə bacarıqlarını sınayaraq özlərini ifadə etmək imkanı qazanıblar. Tədbirdə Fatma Kazımova, Fidan Nur, Aysel Nəsirova, Günay Cavadzadə, Tünzalə Şalbuzova, Səbinə Rüstəmli kimi blogerlər də könüllü iştiark edərək, inklüzivliyin təşviqi, fərqliliklərə həssas yanaşma və daun sindromlu şəxslərin potensialının daha geniş auditoriyaya çatdırılmasına dəstək olublar. Qeyd edək ki, iştirakçılar tərəfindən hazırlanan əl işləri 21 mart tarixində sözügedən blogerlərin sosial media hesablarında paylaşılacaq. İzləyicilər arasında ən yüksək ianəni təqdim edən şəxs həmin əl işlərinə sahib olacaq.

Qeyd edək ki, "Hər şey mümkündür” layihəsi 5 il əvvəl Qırmızı Ürəklər Fondu və Kapital Bankın birgə təşəbbüsü ilə Birbank mobil tətbiqi üzərindən həyata keçirilən ianə aksiyası zamanı toplanmış vəsaitlər hesabına reallaşdırılıb. Layihə çərçivəsində daun sindromlu şəxslərin bacarıqlarının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilir.

Layihənin əsas məqsədi daun sindromlu şəxslərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək, sosial və psixoloji inkişaflarına töhfə vermək və onların ailələrinə dəstək göstərməkdir.

"Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək
17:53 05.11.2026
Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək
Aİ Ukraynaya 4,36 milyard avro köçürüb
17:47 05.11.2026
Aİ Ukraynaya 4,36 milyard avro köçürüb