ABŞ Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

ABŞ Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib
DÜNYA
23:34 20.05.2024
320
"Təyyarə qəzasında həlak olan Prezident İbrahim Rəisi də daxil olmaqla, dövlətin yüksək vəzifəli şəxslərinin pis hava şəraitində daşınması üçün köhnə, 45 illik helikopterdən istifadə etməkdə İran hakimiyyətinin özləri günahkardır”.

AZXEBER.COM xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.

Onun sözlərinə görə, ABŞ İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzasındaə həlak olmasına baxmayaraq, Tehrana, o cümlədən bu ölkənin təyyarələrinə qarşı sanksiyaları tam şəkildə saxlamaq niyyətindədir.

"Biz sanksiyalar rejiminə görə qətiyyən üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrindən terrora dəstək üçün avadanlıq daşımaq üçün istifadə edib. Bu baxımdan, İran hökumətinin istifadə etdiyi təyyarələrə qarşı sanksiyalar da daxil olmaqla, sanksiyalar rejimini tam şəkildə həyata keçirməyə davam edəcəyik”, - deyə o bildirib.

Amerika xarici siyasət idarəsinin nümayəndəsi deyib ki, faciə ilə bağlı İrana rəsmi başsağlığı verilməsinə, eləcə də ABŞ-ın BMT Təhlükəsizlik Şurasında bir dəqiqəlik sükutda iştirakına baxmayaraq, Vaşinqton İrana və onun hökumətinə qarşı siyasətini əsaslı şəkildə dəyişməyib və bunu etməyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:17 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə yoldan çıxıb aşan yük maşını alova büründü
23:13 05.03.2025
Türkiyədə yoldan çıxıb aşan yük maşını alova büründü
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb