ABŞ rəsmisi: "Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilər"

ABŞ rəsmisi: "Bakı Dialoqu su problemlərinə cavab vermək üçün konkret addımlar təqdim edə bilər"
SİYASƏT
14:39 21.11.2024
286

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın sədrliyi ilə su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanması və bu dialoqun təşəbbüs kimi irəli sürülməsi istiqamətindəki səyləri yüksək qiymətləndirir.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-ın daxili işlər nazirinin müavini vəzifəsini icra edən Lora Deniel-Devis COP29 çərçivəsində keçirilən "İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

O, su ilə bağlı prioritetlərin müəyyən edilməsinə yönəlmiş bütün hökumət səylərini və ikitərəfli təşəbbüsləri dəstəkləyən mühüm sənədlərin mövcudluğunu vurğulayıb: "Bu sənədlər arasında 2014-cü ildə Konqresin tələb etdiyi, 2017-ci ildə qəbul edilən və 2022-ci ildə Biden-Harris administrasiyası tərəfindən yenilənən Qlobal Su Strategiyası, eləcə də 2022-ci ildə təqdim edilmiş Qlobal Su Təhlükəsizliyi üzrə Ağ Ev Fəaliyyət Planı xüsusi əhəmiyyət kəsb edir”.

2023-cü il BMT Su Konfransına toxunan ABŞ rəsmisi, bu tədbirin su problemlərinin həlli üçün mühüm dönüş nöqtəsi olduğunu bildirib: "40 ildən sonra ilk dəfə dünya miqyasında su problemləri və onların həlli yolları geniş şəkildə müzakirə edildi. ABŞ Azərbaycanın sədrliyi ilə bu prosesin davam etdirilməsini, su məsələlərinin siyasi gündəmdə yüksək səviyyədə saxlanmasını və bu dialoqun təşəbbüs kimi irəli sürülməsini yüksək qiymətləndirir”.

L. Deniel-Devis Bakı Su Dialoqunun əhəmiyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu platforma yalnız texniki həll yollarının tapılması üçün deyil, həm də su məsələlərinə yüksək səviyyədə diqqətin saxlanılması üçün mühüm rol oynayır.

"Qarşıdan gələn BMT Su Konfransı çərçivəsində, həmsədrlər Birləşmiş Ərəb Əmirlikləri və Seneqalın rəhbərliyi ilə Bakı Su Dialoqu su problemlərinə cavab vermək üçün daha yaxşı hazırlıq və konkret addımlar təqdim edə bilər”, - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb