ABŞ Rusiyanın planını açıqladı: Ukrayna üçün yeni konstitusiya

ABŞ Rusiyanın planını açıqladı: Ukrayna üçün yeni konstitusiya
DÜNYA
16:20 29.04.2022
457
ABŞ Rusiyanın Ukrayna üçün yeni konstitusiya hazırladığını deyib.

AZXEBER.COM xəbər verir ki, ABŞ Putinin Ukraynanın demokratik yolla seçilmiş hazırkı hökumətinin məcburi təslim olmasına nail olmaq niyyətləri barədə məlumat verib. Bu barədə məlumatı ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

ABŞ-ın məlumatına görə Rusiyanın planlarına bütün yerli hökumətlərin buraxılması da daxildir:

"Yeni hökumət və yeni konstitusiya ilə bağlı planlar Rusiya rəsmiləri və qondarma separatçılar tərəfindən hazırlanır. Bu plan hazırkı hökumətə və hazırkı hökuməti dəstəkləyən hər kəsə rəhbər vəzifələr tutmağı qadağan edəcək”.

Karpenter onu da qeyd edib ki, Rusiya artıq işğal etdiyi ərazilərdə referendum keçirməyə hazırlaşır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR