ABŞ sabahdan Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları elan edəcək

ABŞ sabahdan Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları elan edəcək
DÜNYA
23:02 05.04.2022
408
ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri digər məsələlərlə yanaşı, Rusiyaya bütün investisiyaların yatırılmasını qadağan edilməsini də əhatə edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters” agentliyi mənbəyə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ Rusiya maliyyə institutlarına qarşı sanksiyaları da sərtləşdirmək niyyətindədir. Yeni tədbirlər aprelin 6-da elan olunacaq.

Agentliyin məlumatına görə, sanksiyalar müəyyən sayda Rusiya dövlət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.
OXŞAR XƏBƏRLƏR