ABŞ səfiri: Hizbullah üçün sülh fürsəti var

ABŞ səfiri: Hizbullah üçün sülh fürsəti var
DÜNYA
18:37 07.07.2025
285
Hizbullah başa düşməlidir ki, onlar üçün də gələcək var.

Bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak deyib.

O, Livanı regional dəyişikliklərdən geri qalmamağa çağırıb.
 
"Regionda hər şey çox sürətlə dəyişir. Livan bu prosesdən geri qalmamalıdır. Artıq Suriya və İsrail arasında danışıqlar başlayıb. Livan da oxşar addım atmalıdır. Hizbullah siyasi bir partiyadır. Üstəlik, hərbi gücü də var. Hizbullah başa düşməlidir ki, proseslər təkcə onların əleyhinə yönəlməyib. Bu hadisələrdə sülh və inkişafın kəsişmələri də ola bilər”, - ABŞ səfiri bəyan edib.

Xatırladaq ki, Tomas Barrak bundan əvvəl Hizbullahın tərksilah olunmasına çağırmışdı.
 
///APA
OXŞAR XƏBƏRLƏR