ABŞ səfirindən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ

ABŞ səfirindən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ
DÜNYA
21:13 05.02.2022
290
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan hökuməti Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məhkəməsinin ədalətli keçirilməsini təmin etməyə çağırır.

AZXEBER.COM Gürcüstan mətbuatına istinadla xəbər verir ki, ABŞ səfiri Kelli Deqnan qeyd edir ki, Mixail Saakaşviliyə qarşı ittihamlar tam şəkildə təqdim edilməlidir ki, ictimaiyyət bu ittihamların qanuni olub-olmadığını bilsin.

"Biz qanunun aliliyinə hörmət edirik. Mixail Saakaşvili məhkəmə tərəfindən təqsirli bilinib. İttihamın keyfiyyətini müəyyən etmək ABŞ-ın səlahiyyətində deyil. O, işi Avropa İnsan Haqları Məhkəməsinə göndərib və məhkəmə qərar verəcək. Biz hökuməti məhkəmə prosesinin ədalətli olmasını və ona qarşı irəli sürülən ittihamların tam şəkildə açıqlanmasını təmin etməyə çağırırıq ki, ictimaiyyət iddiaların qanuni olub-olmadığını bilsin", - Kelli Deqnan deyib.

Səfirin sözlərinə görə, Mixail Saakaşvili ölkəyə çox gərgin vaxtda qayıdıb. Eyni zamanda o, hökuməti insan hüquqlarını qorumağa və ona ləyaqətlə yanaşmağa çağırıb.


"Mixail Saakaşvili çox gərgin vaxtda- seçkidən bir qədər əvvəl, qütbləşmənin çox dərin olduğu vaxtda qayıtdı. Biz hökuməti istər açıq, istərsə də özəl olaraq insan hüquqlarını qorumağa, ona ləyaqətlə yanaşmağa, adekvat tibbi yardım almağa və BMT-nin İnsan Hüquqları Konvensiyasının əsas prinsipi olan ədalətli mühakimə etməyə çağırdıq.

Biz də hökuməti ombudsmanın tövsiyələrinə əməl etməyə çağırdıq.  Mixail Saakaşvilinin beynəlxalq hüquq və digər beynəlxalq müqavilələr əsasında layiq olduğu hörmət və ləyaqəti alması üçün çox yaxşı əsas var.

Biz onun beynəlxalq təşkilatlarla davam edən məhkəmə işlərinə nəzarəti davam etdirəcəyik”, - Kelli Deqnan bildirib.
OXŞAR XƏBƏRLƏR