ABŞ səfirini öldürdülər

DÜNYA
14:57 12.09.2012
2285
Məhəmməd peyğəmbərin təhqir edildiyi iddia olunan filmlə bağlı aksiyalar genişlənir.
Lent.az-ın “Reutres” agentliyinə istinadən verdiyi məlumata görə, dünən gecə ABŞ-ın Liviyanın Benqazi şəhərindəki səfirliyinə hücum olub. Bir Liviya rəsmisi hücum nəticəsində ABŞ səfiri Kris Stevens və 3 amerikalı diplomatın öldüyünü bildirib. Kris Stevens Liviyada üsyan başlayan zaman ABŞ-ın Liviya Milli Şurasına göndərdiyi təmsilçi olub.
Qeyd edək ki, səfirliyə hücumdan sonra bir amerikalı diplomatın öldüyü açıqlanmışdı.

OXŞAR XƏBƏRLƏR