ABŞ səfirliyi Anım Günündə Azərbaycanla həmrəyliyini ifadə edib

ABŞ səfirliyi Anım Günündə Azərbaycanla həmrəyliyini ifadə edib
SOSİAL
17:48 27.09.2025
235
ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini yad edirik. Avqustun 8-də Vaşinqtonda Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcının şahidi olduq və ABŞ bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Birləşmiş Ştatların Bakıdakı səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - paylaşımda bildirilib.
OXŞAR XƏBƏRLƏR