ABŞ səfirliyi Bakıdakı vətəndaşlarına müraciət etdi

DÜNYA
11:36 09.03.2013
2943

ABŞ-ın Azərbaycandakı səfirliyi martın 10-da Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar öz vətəndaşlarını sayıq olmağa və şəxsi təhlükəsizliyinə riayət etməyə çağırıb.

APA-nın xəbərinə görə, səfirliyin yaydığı müraciətdə ABŞ-ın Azərbaycandakı vətəndaşları aksiyanın keçiriləcəyi yerdən uzaq olmağa, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə ehtiyatlı olmağa və yerli xəbər stansiyalarının elanlarını izləməyə çağırılıb.

Qeyd edək ki, martın 10-da Bakıda bir qrup gənc “Əsgər ölümünə son!” şüarı ilə aksiya keçirməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR