ABŞ Senatı Avropada qoşunların ixtisarı ilə bağlı qadağanı təsdiqləyib

ABŞ Senatı Avropada qoşunların ixtisarı ilə bağlı qadağanı təsdiqləyib
DÜNYA
22:38 11.07.2025
473
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Avropadakı amerikalı hərbçilərin sayının birtərəfli qaydada ixtisarı bağlı qadağanı təsdiqləyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu bənd komitənin təsdiq etdiyi 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilib.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə hər hansı bu cür dəyişikliklərlə bağlı risklərin müstəqil qiymətləndirilməsi tapşırılıb.

Ümumilikdə Komitə gələn il ABŞ-nin hərbi ehtiyacları üçün 924,7 milyard dolların ayrılmasını təsdiq edib.
OXŞAR XƏBƏRLƏR