ABŞ senatoru Lindsey Graham İsrailin Qəzzaya hücumlarını dəstəkləyən açıqlamalar verib.
AZXEBER.COM xəbər verir ki, o, bu hücumları ABŞ-nin Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə həyata keçirdiyi nüvə hücumları ilə müqayisə edib.
Amerikalı senator İsrailin də müharibədə qalib gəlmək üçün nüvə silahından istifadə etmək hüququna malik olduğunu bildirib.
"İsrailə uduzmağa gücü çatmayan bu müharibəni bitirmək üçün lazım olan bombaları verin və itkiləri minimuma endirmək üçün onlarla birlikdə çalışın", - deyə o açıqlamasında bildirib.
Gülay