ABŞ Şimali Koreyaya hücum etməyəcək - VİDEO

MAQAZİN
17:05 02.04.2013
1279
Şimali Koreya ilə qonşusu Cənubi Koreya arasında yaranmış gərgin vəziyyətlə bağlı, Birləşmiş Ştatların mövqeyi də özünü çox gözlətməyib. Rəsmi Vaşinqton Şimali Koreyaya hava hücumu planlarının olmadığını açıqlayıb.Amerika Birləşmiş Ştatları Cənubi Koreya sahillərinə hərbi gəmi göndərib. Eskadralı mina gəmisi Şimali Koreya tərəfindən hər hansı hərbi təxribat olacağı təqdirdə Cənubi Koreyanın müdafiəsini təmin etmək məqsədi daşıyır. “Fitçcerald” eskadralı mina gəmisi raketləri ələ keçirmək və vurmaq qabiliyyətinə malikdir.Amerika hökuməti Şimali Koreya və Cənubi Koreya arasında yaranmış gərgin vəziyyətlə bağlı açıqlama verib. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, hazırki vəziyyətdə Şimali Koreyaya qabaqlayıcı hava zərbələri vurmaq yol verilməzdir. Onun sözlərinə görə, rəsmi Vaşinqton hələlik belə bir addımı nəzərdən keçirmir. Karni qeyd edib ki, Cənubi Koreyaya hərbi qüvvələrin göndərilməsi, xüsusilə b-2 və b-52 qırıcı təyyarələrinin Cənubi Koreya hərbisinə qoşulması Amerikanın rəsmi Pxenyana qətiyyətini nümayiş etdirməsi üçün atılan addımdır.Ağ Evin mətbuat katibi Cey Karni vurğulayıb ki, ABŞ bununla rəsmi Pxenyanın Cənubi Koreyaya qarşı təzyiqlərinə son qoyulmasına çalışır: “Rəsmi Pxenyanın ritorikasına baxmayaraq, hələlik bu ölkədə hər hansı hərbi fəallıq və mobilizasiya müşahidə olunmur. Bu cür ritorika ilə nümayiş olunan əməllərin uyğun gəlməməsini anlamaq olmur. Bunu qoy şərhçilər izah etsin. Biz, sadəcə, vəziyyəti qiymətləndirməyə və qabaqlayıcı tədbirlər görməyə çalışırıq. Amerika Birləşmiş Ştatları heç kimə təzyiq etmir, əksinə, dünyanın istənilən nöqtəsində sülh və stabilliyin qorunmasını istəyir. Şimali Koreya hökuməti cənub qonşularını təhdid etməyə son verməli və beynəlxalq öhdəlikləri yerinə yetirməlidir” .Qeyd edək ki, bir müddət əvvəl Amerika və Cənubi Koreya qüvvələrinin birgə hərbi təlimləri bölgədə vəziyyətin gərginləşməsinə səbəb olub.//anspress

OXŞAR XƏBƏRLƏR