ABŞ şirkəti Ukrayna polisini və Müdafiə Nazirliyini korrupsiyada ittiham edib

ABŞ şirkəti Ukrayna polisini və Müdafiə Nazirliyini korrupsiyada ittiham edib
DÜNYA
05:27 30.11.2024
364
Hərbi geyimlərin tədarükü üzrə ixtisaslaşan Amerika şirkəti "Sinclair & Wilde” Ukraynanın milli polisini və Müdafiə Nazirliyini korrupsiyada ittiham edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "BGD Legal & Consulting” şirkətinin saytındakı məlumatda deyilir.

Şirkət "Sinclair & Wilde”in maraqlarını müdafiə edir. Məktubda deyilir:

"Ukrayna Milli Polisinə açıq məktub. "Sinclair & Wilde”, Ukrayna Milli Polisinin yaxınlarda yayımlanan videosunda irəli sürülən yalan və əsassız iddiaları qəti şəkildə rədd edir. Aydındır ki, bu hekayənin yayılması milli polisin öz daxili korrupsiyasını və Ukrayna Müdafiə Nazirliyinin korrupsiyasını gizlətmək cəhdidir. 2023-cü il ərzində bir neçə nəfər "Sinclair & Wilde”dan sahib olduğu 14,5 milyon dolların ödənilməsini təmin etmək üçün rüşvət tələb edib.

Bir ildən artıqdır ki, ABŞ-ın Kiyevdəki səfirliyi, ABŞ və Ukrayna hüquq-mühafizə orqanları diqqəti Ukrayna Müdafiə Nazirliyində rüşvət tələbinə və aşkar korrupsiyaya yönəldib. Daha sonra Amerika rəsmiləri və şirkət nümayəndələri Ukrayna polisinə Ukrayna tərəfinin ittihamlarını təkzib edən məlumatlar təqdim ediblər. Lakin milli polis bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin rəsmilərinə ötürüb ki, bu da şahidlərin, o cümlədən ABŞ vətəndaşının həyatını təhlükəyə atıb. Nəticədə ABŞ hakimiyyəti milli polislə əməkdaşlığı davam etdirməkdən imtina edib”.

"Sinclair & Wilde” Ukrayna hərbi idarəsi ilə hərbi geyimlərin və tekstil məmulatlarının tədarükü üçün beş müqavilə bağlayıb.

Şirkət Ukrayna tərəfinə avadanlıqların təhvil verilməsinə qədər beşinci müqavilə üzrə 12,5 milyon dollar məbləğində ödənişi təxirə salmağa razılaşıb, baxmayaraq ki, əvvəlcə Ukrayna vəsaitin hamsını ödəməyə razılaşıb. Sonradan Ukrayna tərəfi şirkətdən aldığı formalara baxmayaraq, həm beşinci müqaviləni ödəməkdən, həm də birinci müqavilə üzrə borcunu ödəməkdən imtina edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb