ABŞ Suriya sahillərindəki gəmilərini geri çəkir

DÜNYA
10:16 26.10.2013
1061
ABŞ Suriya sahillərindəki hərbi gəmiləriniı geri çəkir. 
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hərbi texnika yaxın bir neçə həftə ərzində Suriya sahillərini tərk edəcək. Buraya əsasən hərbi gəmilər və bir neçə aviadaşıyıcı daxildir. Pentaqondan verilən tapşırıqda gəmilərin geri çağırılması əmri öz əksini tapıb.Amerika Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, admiral Conatan Qrinert isə “Uilyam Lourens” və “Stokdeyl” raket daşıyıcılarının və “Nimits” aviadaşıyıcısının Suriya hakimiyyəti üçün real təhlükə olduğunu bəyan edib.

OXŞAR XƏBƏRLƏR