ABŞ Suriyada İrana bağlı silahlı qruplaşmalara hava zərbələri endirib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un verdiyi açıqlamada deyilir:
"ABŞ özünü, şəxsi heyətini və maraqlarını müdafiə etməyə davam edəcək".
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) verdiyi yazılı açıqlamada, İraq və Suriyada ABŞ personalına qarşı davam edən hücumlara qarşı, Suriyanın şərqində İİKK və ona yaxın qrupların istifadə etdiyi obyektlərə qarşı hava hücumları təşkil edildiyini təsdiqləyib.
Açıqlamada vurulan hədəflərdən birinin təlim obyekti, digərinin isə sığınacaq olduğu qeyd edilib.
Mikayıl