'ABŞ Suriyanı bütün hallarda vuracaq' - EKSPERT

DÜNYA
15:25 04.09.2013
1415
Elçin Mirzəbəyli: “Rusiya, Çin və digər ölkələrin buna mane olmaq niyyəti baş tutmayacaq” 
“ABŞ bütün hallarda Suriyaya qarşı hərbi müdaxiləyə yol verəcək. Rusiya, Çin və digər ölkələrin buna mane olmaq niyyəti baş tutmayacaq”. 
Bu sözləri AZXEBER.COM- açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib. 
Onun sözlərinə görə, Suriyaya qarşı hərbi müdaxilə məsələsinə münasibət birmənalı olmasa da, bütün hallarda Bəşər Əsədi devirmək üçün alternativ yol qalmayıb: “İndiyə qədər Suriyada davam edən vətəndaş müharibəsində yüzminlərlə günahsız insan qətlə yetirilib. Suriya istisadiyyatı məhv olub, insanlar vahimə içərisindədir. Bu artıq Suriyanın daxili işi səviyyəsindən çıxaraq, ümumbəşəri problemə çevrilib. Bu mənada ABŞ-ın Suriyaya qarşı hərbi hücumları və Bəşər Əsəd diktaturasını devirmək niyyəti təbii qarşılanmalıdır. Hesab edirəm ki, ABŞ hərbi hücumları quru qoşunlarla deyil, hərbi hava texnikasından istifadə etməklə həyata keçirəcək. ABŞ Senatının sentyabrın 9-da keçiriləcək toplantısında senatorların da prezident Barak Obamanın Suriyaya qarşı hərbi müdaxilə qərarına dəstək verəcəyi gözlənilir. Yaxın günlərdə bu plan işə düşəcək və ABŞ Suriyaya qarşı hərbi hava hücumlarına start verəcək”.
Azər Niftiyev, 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR