ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI
DÜNYA
01:20 25.08.2026
188
ABŞ Suriyanı terrorun sponsoru olan ölkələr siyahısından çıxarıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
"ABŞ Dövlət Departamenti bu gün Suriyanı terrora dəstək verən dövlətlər siyahısından çıxarıb. Bugünkü addımlar siyasi və iqtisadi sabitliyə töhfə vermək məqsədilə Suriyaya əlavə investisiyaların cəlb edilməsinə kömək edəcək”, - bəyanatda qeyd olunub.

Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio ABŞ-ın Suriyanın terrorizmin dövlət sponsoru kimi təyinatını ləğv edəcəyini açıqlamışdı.

Diplomat vurğulamışdı ki, Yaxın Şərq ölkəsinə qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiyalara çıxış imkanı yaradacaq, Suriyaya bərpa olunmaq üçün şans verəcək və onun xalqının tarixində yeni bir səhifə açacaq.
OXŞAR XƏBƏRLƏR