ABŞ Suriyaya 800 milyon dollardan çox yardım ayırıb

ABŞ Suriyaya 800 milyon dollardan çox yardım ayırıb
DÜNYA
21:00 10.05.2022
317
"ABŞ Suriyaya 800 milyon dollardan çox humanitar yardım ayırıb”.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild söyləyib.

"Qürur hissi ilə bildirirəm ki, Birləşmiş Ştatlar Suriya xalqına 800 milyon dollardan çox yeni humanitar yardım edəcək. Bu, bundan əvvəlki Brüssel konfransında ABŞ tərəfindən elan edilən yardımdan çoxdur”, - o vurğulayıb.

Diplomat qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Afrikada, Yaxın Şərqdə, o cümlədən Suriyada kəskin taxıl və gübrə çatışmazlığı yaranıb.

Qeyd edək ki, ötən gün Brüsseldə Suriya donorlarının xarici işlər nazirləri səviyyəsində toplantısı keçirilib. Toplantıya Rusiya dəvət edilməyib. Qurumun sonuncu - 5-ci yığıncağı 2021-ci il martın sonunda keçirilib.
OXŞAR XƏBƏRLƏR