ABŞ təyyarələri kürdlərə silah atır

DÜNYA
11:55 20.10.2014
1529
ABŞ təyyarələri Kobani yaxınlığındakı kürd silahlı qruplaşmalarına silah və tibbi yardım endirib.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı rəsmi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ABŞ hərbi qüvvələri özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatına qarşı döyüşərək Kobani şəhərini qoruyan kürd qüvvələrə yardım edib.
"C-130" tipli təyyarələr tərəfindən paylanılan silah-sursat və tibbi vəsaitlər kürd birləşmələri tərəfindən götürülüb. Yardımlar təmin edildikdən sonra isə təyyarə təhlükəsiz şəkildə bölgədən ayrılıb.
Məlumatda qeyd edilib ki, ABŞ hava qüvvələri İŞİD-ə qarşı bu günə qədər 135 hava hücumu təşkil edib. Bu hücumlarda yüzlərlə döyüşçüsünün öldürüldüyü, döyüş texnikasının məhv edildiyi qeyd edilib.
OXŞAR XƏBƏRLƏR