ABŞ Ticarət Palatası: "Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir"

ABŞ Ticarət Palatası: "Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir"
SİYASƏT
09:36 10.02.2026
229
"Azərbaycan iqtisadiyyatı ABŞ şirkətləri üçün olduqca cəlbedicidir".

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:

"Burada energetikadan tutmuş telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz zamanı o, turizm sektorunu da qeyd etdi".
OXŞAR XƏBƏRLƏR