ABŞ Türkiyədəki həbslərə münasibət bildirdi

DÜNYA
11:13 19.12.2013
1000

ABŞ Dövlət Departamenti Türkiyədə yüksək çinli məmurların həbsinə münasibət bildirib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət departamentinin nümayəndəsi Mari Harf İstanbuldakı prosesləri diqqətlə izlədiklərini, şəffaf və ədalətli qərarların veriləcəyinə inandıqlarını bildirib.

“Şübhəsiz ki, bu məsələ ilə bağlı yaxından maraqlanırıq. Türkiyənin məhkəmə-hüquq sistemindən şəffaflıq və ədalət prinsiplərinə əsaslanan yüksək standartları gözləyirik”, - deyə o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR