ABŞ Türkiyənin Əfqanıstan qaçqınları ilə müqavilə bağladığı iddiasına reaksiya verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ankaradakı Səfirliyi, Türkiyə ilə ABŞ arasında əfqan qaçqın və mühacirlər mövzusunda bir razılaşma olması ilə bağlı sözü gedən iddialarının əsassız olduğunu açıqlayıb.
Açıqlama səfirliyin Twitter hesabı üzərində verilib.
Bildirilir ki, "ABŞ səfirliyi, Prezident Bayden ilə Prezident Ərdoğan arasında Əfqanıstan qaçqınları və ya mühacirləri ilə əlaqədar razılaşma və ya danışıqlar edildiyi iddiaları tamamilə əsassıdır".
Ayşən